Quran haqda biliklərimiz

Quran haqda biliklərimiz

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Quranın surələrinin, ayələrnin, kəlmələrinin və hərflərinin sayı

İslam alimlərinin Quranın ayə, kəlmə və hərflərinin ümümi sayı mövzusunda, daha dəqiq desək, Quranın yazılış uslubu, yəni,  xəttatlığı baxımından fikir ayrılıqları vardır. Ümumiyyətlə  isə əksər elmi nəzərlərə görə Quranda 6236 ayə, 77437 kəlmə, 321180 və ya 322770 hərf, 1015030 (bir milyon on beş min otuz ) noqtə mövcuddur.

 

Quranın 114 surəsi vardır ki, onlardan  Məkkədə nazil olanların sayı  86, ayələrinin sayı 4468, kəlmələrinin sayı 45653, Mədinədə nazil olanların  sayı isə  28, ayələrinin sayı 1768, kəlmələrinin sayı 32154 təşkil edir.

Quranda neçə Bismillahir rəhmanir rəhim vardır

Qurani Kərimdə 114 Bismillahir rəhmanir rəhim ayəsi vardır ki, onlardan 113ü surələrin əvvəlində, biri ayə isə surənin ortasında gəlmişdir. Bu, Quranın 27-ci surəsi olan Nəml surəsinin 30-cu ayəsidir.

إِنَّهُ مِنْ سُلَيْمَانَ وَإِنَّهُ بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

“O məktub Süleymandandır və o “Bismillahir-rəhmanır-rəhim”lədir (bismillahla başlanır).”

Həzrət Süleyman  (ə) Bismilahir rəhmanir rəhim kəlməsini ilk yazan şəxsdir.

Allah sözü Quranda neçə dəfə təkrarlanır

Quran üzrə mütəxəssis doktor Mahmud Ruhaninin yazısına görə Allah kəlməsi Qurani Kərimdə 2699 dəfə zikr olunub. Bu kəlmə Quranda ən çox təkrar olunan kəlmələrdən biridir ki, bu da hər bir insanın Allahı öz hayatında  əsas varlıq bilməsinə görədir.

Quranda Məhəmməd peyğəmbərin (s) mübarək adı neçə dəfə zikr olunur

İslam peyğəmbərinin mübarək adı Qurani Kərimdə 5 dəfə zikr olunur ki, bunlardan da 4-ü “Məhəmməd” (s) ,biri isə “Əhməd” (s) adı ilə qeyd olunub. “Məhəmməd” adı aşağıdakı surə və ayələrdə gəlmişdir.

“Muhəmməd ancaq bir peyğəmbərdir…”  Ali-İmran surəsi (3), ayə 144;

“Muhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir…” Əhzab surəsi (33), ayə 40;

“İman gətirib yaxşı əməllər edənlərin, Rəbbindən Muhəmmədə haqq olaraq nazil edilənə (Qurana) inananların isə günahlarının üstünü örtəcək, onların əhvalını (dünyada və axirətdə) düzəldəcəkdir (yaxşılaşdıracaqdır).”  Muhəmməd surəsi (47), ayə 2;

“Muhəmməd (s) Allahın Peyğəmbəridir…” Fəth surəsi (48), ayə 29;

Əhməd adı isə Saff surəsinin 6-cı ayəsində zikr olunur:

“Onu da xatırla ki, bir vaxt Məryəm oğlu İsa belə demişdi: “Ey İsrail oğulları! Həqiqətən, mən özümdən əvvəl nazil olmuş Tövratı təsdiq edən və məndən sonra gələcək Əhməd adlı bir peyğəmbərlə (sizə) müjdə verən Allahın elçisiyəm!…”

Hansı peyğəmbərin adı Quranda daha cox zikr olunur

Qurani Kərimdə adı ən çox yad edilən peyğəmbər həzrəti Musadır (ə). Bu peyğəmbərin (ə) adı müqəddəs kitabımızda 136 dəfə zikr olunur. Bunun da səbəbi odur ki, həzrət Musanın (ə) qövmi olan yəhudilərin sərgüzəştlərindən və onların etdikləri zülm və səhv hərəkətlərindən ibrət alıb səhvlərə yol verməyək.

Neçə qadının adı Quranda zikir olunur

Həzrət İsanın (ə) anası olan Məryəm (ə) xanımdan başqa heç bir qadının adı müstəqil şəkildə qeyd olunmamışdır. Amma digər xanımlara işarə edilmişdir. Belə ki,  Əzhab surəsinin əhli-beyt haqqında olan 33-cü ayəsində həzrət Zəhra (ə) xanıma, Hud surəsinin  71-ci ayəsində həzrət İbrahimin həyat yoldaşı olan Sara xanıma, həmçinin, Qəsəs surəsinin 11-ci ayəsində, Nəml surəsinin 23 və Ali-İmran surəsinin 40-cı ayələrində isə digər xanımlara işarə olunmuşdur ki, arzu edənlər baxa bilərlər.

Quranda Həzrət Nuhun və Həzrət Lutun xanımları  cəhənnəm əhli kimi yad olunmuşdur ki, bunlara da Təhrim surəsinin 10-cu ayəsində rast gəlinir.

” Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini misal çəkdi. Onlar Bizim qullarımızdan iki saleh bəndənin kəbini altında idilər. Onlar ərlərinə xəyanət etdilər və (Nuhla Lut) onları Allahdan (Allahın əzabından) heç vəchlə qurtara bilmədilər. Onlara: “(Başqa) girənlərlə birlikdə siz ikiniz də Cəhənnəmə girin!” – deyildi.”

Bu ayədən də belə qənaətə gəlirik ki, hətta Allahın peyğəmbərinin xanımı olmaq belə insana Allah əzabından nicat vermir . Hər bir şəxs Qiyamət günü öz əməllərinə görə haqq-hesab olunacaq və kimisi cəhənnəmə, kimisi isə cənnətə gedəcəkdir.

Hansı surələrin adı peyğəmbərlərin adı ilə başlayır

Bu surələr bunlardır: Yunis (10), Hud (11), Yusif (12), İbrahim (14), Muhəmməd (s) (47) və Nuh (71). Ümumiyyətlə, altı surə peyğəmbərlərin adı ilə başlayır.

Ən böyük və ən kiçik surə

Quranın ən böyük surəsi Bəqərə surəsidir  ki, 282 ayədən və ən kiçik surəsi isə Kovsər surəsidir ki, 3 ayədən ibarətdir. Bəqərə surəsi Mədinədə, Kovsər surəsi isə Məkkə şəhərində nazil olmuşdur.

Hnası surə “Bismillahir rəhmanir rəhim”siz başlayır

Quranın doqquzuncu surəsi olan Tövbə surəsi “Bismillahir rəhmanir rəhim”siz başlayır. Bildiyiniz kimi, Mehriban və Bağışlayan Allahın adı ilə kəlməsi (Bismillahir rəhmanir rəhim) Allahın  rəhman və rəhim sifətlərinə şamil olur. Allah-Təala milliyətindən, dinindən, irqindən, elmindən, sərvətindən və tayfasından aslı olmayaraq bu dünyada hər kəsə qarşı rəhimlidir və hər kəsə ruzi verəndir,  hətta o kəs  kafir və müşrik olsa belə. Ancaq qiyamət günü Allah-Təala yalnız möminlərə mehriban və rəhman olacaqdır. Tövbə surəsinin ilk ayələri də kafir və müşriklərə böyük xəbərdarlıq və əzabdan bəhs edir. Ola bilsin ki, Allah bununla insanlara bildirmək istəyir ki, axirətdə kafir və müşriklərə heç vaxt güzəşt olmayacaqdır. Bildiyimiz kimi, Allahı tanımamaq və ya ona şirk qoşmaq ən böyük günahlardandır ki, bunun da müqabilində Allah kafir və müşriklərin əbədi cəhənnəm atəşində yanacaqlarına söz verib.

Allah kəlməsi bir surənin bütün ayələrində

Qurani Kərimin Mücadilə surəsinin bütün ayələrində  Allah kəlməsi zikr olunmuşdur. Allah kəlməsi ümumilikdə 22 ayədə 40 dəfə zikr olunmuşdur.

Quranın böyük və kiçik ayəsi

Bildiymiz kimi, Quranın ən böyük ayəsi Bəqərə surəsinin 282-ci ayəsidir. Taha surəsinin birinci ayəsi isə hərf baxımından ən kiçiyidir ki, yalnız iki hərfdən, TA və HA hərflərindən ibarətdir.

Quranın  digər kiçik ayəsi Ər-Rəhman surəsinin 64 -cü ayəsdir ki, yalnız bir kəlmədən ibarətdir.

مُدْهَامَّتَانِ

” (O iki cənnət) yamyaşıldır (o qədər yaşıldır ki, qaraya çalır).”

Quranın ən uzun kəlməsi isə Hicr surəsinin 22-ci ayəsində gələn 11 hərfdən  ibarət kəlmədir.

فَأَسْقَيْنَاكُمُوهُ

Quranda adı çəkilən heyvalar bunlardır:

Müqəddəs kitabımızda  25 dənə heyvan adı çəkilmiş ki, onlardan bəziləri bunlardır.

İnək  – Bəqərə, ayə 67; meymun – Bəqərə, ayə 65; bal arısı –  Nəhl, ayə 68; şanapipiyi quşu – Nəml ,ayə 20; qarışqa – Nəml, ayə 18; fil – Fil, ayə 1; it – Kəhf, ayə 18; ağcaqanad – Bəqərə, ayə 26; hörümçək -Ənkəbut, ayə 41; canavar – Yusif,  ayə17; dəvə – Ənam, ayə 144; qarğa – Maidə, ayə 31; qoyun – Ənam, ayə143,