Quran nəzərİncə, başqalarına nə dərəcədə kömək etməlİyİk?

Quran nəzərİncə, başqalarına nə dərəcədə kömək etməlİyİk?

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Cavab: Quran buyurur ki, bütün yardımlarınızın mükafatı var (Səba-39). Həm az, həm də çox köməyin əvəzi var. Bəzən suya atılmış bir sarı yarpaq bir dəstə qarışqa üçün gəmi olur.

Küçədə qoyulmuş avtomat telefonla danışmaq üçün kağız pul kara gəlmədiyi kimi, bəzən başqalarının da böyük yox, çox kiçik köməyə ehtiyacı olur. Yaranı bağlamaq üçün adyal yox, bir qarış cuna kifayətdir. Böyük nasosun görə bilmədiyi işi kiçik şpris görür.

 

Hədisdə oxuyuruq: “Heç bir yaxşılığı kiçik saymayın ki, ola bilər bu yaxşılıq köməyinizə çatsın. Heç bir günahı kiçik hesab etməyin ki, ola bilər bu günah sizi süquta uğratsın. Futbol topuna batan xırda mıx bütün oyunu saxlaya bilər. Yerə düşmüş yemiş qabığı ən güclü pəhləvanı yerə yıxmaqla şikəst edib, evdə oturda bilər./Oxuquran.com