Quran tərcümələrinin sosial həyatdakı funksiyası barədə tədqiq aparılıb

Quran tərcümələrinin sosial həyatdakı funksiyası barədə tədqiq aparılıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Avropa Araşdırma Şurasının sponsorluğu ilə həyata keçirilən “Dünya Quranı” adlı tədqiqat layihəsi Quranın müxtəlif dillərə tərcümələrinin müsəlmanların sosial həyatına təsirini araşdırmaq məqsədi daşıyır.

Qərbdə Quran araşdırmaları, dünyamızda olan hər hansı digər elmi və insani fenomen kimi, ötən illər ərzində inkişaf etmişdir.

Qərbin islamşünaslıqda ilk cəhdləri tamamilə qeyri-akademik baxışa malik idi və orta əsrlərdən kilsənin ideoloji baxışı üstünlük təşkil edirdi. Çox vaxt İslamı qaralamaq və ya Balkanlar və ya Əndəlüs sərhədlərində İslamın yayılmasına qarşı xristian təlimlərini müdafiə etmək məqsədi daşıyırdı. Amma indi Qərbdə Quranşünaslıq sahəsində ciddi dəyişiklik var. Bir çox müsəlman və müsəlman olmuş qərblilər Quranşünaslıq sahəsində yeni fəsillər yarada biliblər.

Bununla əlaqədar olaraq “Qlobal Quran” adlı layihə qısaca GloQur adlanır. Almaniyanın Frayburq Universitetinin İslamşünaslıq ustadı Yohanna Pinkin rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən aparılır.

Yohanna Pink Quranın təfsiri və tərcüməsinin tarixi üzrə mütəxəssisdir və onun müasir dövrdə trans-regional funksiyasına diqqət yetirir. O, Quranşünaslıq üzrə bir neçə kitab nəşr etdirib və Quran Online ensiklopediyasının redaktorudur.

Bu layihədə tədqiqatçılar Quranın müxtəlif dillərə tərcümələrini onun orijinal ərəb mətni ilə müqayisə edir və Quranın tərcüməsinin siyasətə və cəmiyyətə təsirini təhlil edirlər./iqna