Quranı hifz edən evdar qadın

Quranı hifz edən evdar qadın

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Quranın 19 cüzünü hifz edən Süsən Təqvai deyib: Quranı hifz etməyə başlamaq, Allahın lütfü idi. Rəhbərimin 10 milyon Hafiz yetişdirməliyik əmrinə tabe olmaq istədim. İlahi nemətlərdən layiqincə istifadə etməyi, Qurandan öyrənmək istədim.

Quran hafizlərini tanıtdırmaq planı çərçivəsində Mazandarana getdik. Qurani-Kərimin hafizlərindən olan Süsən Təqvai ilə söhbət etdik.

Özünüzü təqdim edin.

Mən Süsən Təqvaiyəm. Evdar qadınam. Uca Allaha şükürlər olsun ki, Quranın 19 cüzünü əzbərləmişəm.

Necə Quranı əzbərləməyə başladınız?

Quran əzbərləməyə başlamaq, Allahın lütfü ola bilər. Rəhbərimin 10 milyon Hafiz yetişdirməliyik əmrinə tabe olmaq istədim. İlahi nemətlərdən layiqincə istifadə etməyi, Qurandan öyrənmək istədim.

Quranla tanışlığım ibtidai məktəbə getməzdən əvvəl olub. Quranın rəvan oxunuşunu əmimdən öyrənmişəm. Məni atam həvəsləndirdi. Hər gün bir səhifə Quran oxumalı idim.

Əvvəldə əzbərləmək metodunuz necə idi?

Ayələrin mənasını bilmək, əzbərləməkdə böyük təsir edir. Mən həmişə Quranı başa düşməyə, sonra əzbərləməyə çalışmışam.

Hansı ustadlardan istifadə etdiniz?

Xanım Nuri və xanım Vəlixani kimi hörmətli ustadlardan istifadə etmişəm. Səkkizinci cüzdən xanım Mehdizadənin dərsindən bəhrələnmişəm. Amma xanım Mehdizadənin metodu əla idi. Çünki əvvəlcə tərcümə, sonra təfsir, eləcə də ayələrin və səhifələrin nömrələrini əzbərləyib səhifələrə baxmaq onun öyrətmə üsulları idi. Bu üsullar, Quranın əzbərlənməsinin tərəqqisinə böyük təsir göstərmişdir. Həm də onun çətin tutması və təşviqi bu yolu davam etdirməyimə kömək etdi.

Quranı əzbərləməyə və nəzərdən keçirməyə nə qədər vaxt sərf etdiniz?

Əvvəllər mən təkrarlamağa daha az vaxt sərf edirdim. Amma indi Qurana təxminən iki saatdan az və ya çox vaxt sərf edirəm. Quranı əzbərləmək yolunda addım atmış şəxs üçün ailədə aramlıq lazımdır. Həyat yoldaşımın daimi təşviqi və dəstəyi, uşaqlarımın köməyi olmasaydı həmçinin evdə mənim üçün sakit mühit təmin etməsəydilər, həyatımın bu nöqtəsində olmazdım.

Hansı ayəni əzbərləmək sizin üçün daha şirin oldu?

Möminun surəsini əzbərləmək mənim üçün maraqlı idi. Həmçinin mənim üçün çox əziz olan Nur surəsinin 35-ci ayəsini əzbərləmək şirin idi.

Quran hafizi kimi Quran yarışları haqqında nə düşünürsünüz?

Hafizin inkişafı üçün yarışlar mütləqdir.

Quranı əzbərləmənin eniş-yoxuşlarından danış.

Əzbərləmənin çoxlu eniş-yoxuşları olur, xüsusən də o zaman ki, əzbərlədiyini unudub məyus olursan.

Son söz: Aramlıq əldə etmək üçün Quranla tanışlığı təcrübə edin. Mən məsulları da Darul-Quran və Quran müəllimlərinin qayğısına qalmağa çağırıram./iqna