Qurani Kərimə görə fəsad nədir?!

Qurani Kərimə görə fəsad nədir?!

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Cavab: Əvvəlcə onu qeyd edək ki, «fəsad» «səlah»ın antonimidir. Dini mənbələrə istinad etsək, görərik ki, fəsad əşyanın istər az, istərsə də çox miqdar tarazlıq halından çıxmasıdır. Səlah isə, onun ziddinə olaraq, tarazlıq halətidir. Sadə dillə desək, fəsad, günah və fitnə, səlah isə savab və xeyirdir. Bütün fərdi və ictimai fəaliyyətlərdəki ifratçılıq və təfritçilik fəsad hesab edilir. Qurani-kərimin müxtəlif ayələrində bu mövzuya toxunulur:

«Yer üzündə fəsad törədər və islah olmazlar».(«Şüəra» surəsi, ayə 152.)

«Allah-təala fəsad törədənləri, saleh əməl sahiblərindən fərqləndirir».(«Bəqərə» surəsi, ayə 220.)

“İslah ol və fəsad törədənlərin ardınca getmə».(«Əraf» surəsi, ayə 142.)
«İman gətirib saleh iş görənləri, yer üzündə fəsad törədənlərlə eyni tutmarıq».(«Sad» surəsi, ayə 27.)

Müxtəlif ayələrdə fəsad törətmək Allah və peyğəmbərlərlə vuruşmaq, insanın qətli hər cür azğınlıqa aid edilir.
Yer üzündə fəsad törədənlər sırasında ilkin adı çəkilənlərdən biri Firondur.

 

Artıq həlak olacağını anlayan Firon iman gətirdiyini bildirəndə, ona buyurulur: «İndimi? Halbuki, əvvəlcə Allaha qarşı çıxmış və fəsad törədənlərdən olmuşdun».(«Yunis» surəsi, ayə 91.)

Bəzən oğurluq fəsad hesab edilir. Yusif peyğəmbərin qardaşları oğurluqda ittiham olunduqları zaman deyirlər: «Biz, Misir torpağına fəsad salmaq üçün gəlməmişik».(«Yusif» surəsi, ayə 73.)/Oxuquran.com