Qurani Kərim kimin tərəfindən qələmə alınmışdır?!

Qurani Kərim kimin tərəfindən qələmə alınmışdır?!

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

CAVAB: Mötəbər İslam tarixçilərinin bildirdiyinə görə həzrət Peyğəmbərə nazil olmuş ilk surə “Ələq” surəsidir. Son surə isə “Tövbə” surəsi hesab olunur. Surələrin mətni də deyilənləri təsdiq edir.

Qeyd etməliyik ki, Peyğəmbərə nazil olan ayələri onun ən üstün səhabələri qələmə almışdır. Ayələr həmin dövrdə məşhur olan kufi xətti ilə yazılmışdır. Quranı qələmə alanları “Vəhy katibləri” və ya “vəhy yazıçıları” adlandırmışlar. Tarixçilər bildirirlər ki, Quran 43 nəfər tərəfindən qələmə alınmışdır.

 

Bu sahədə ən ciddi səylər Əli ibn Əbu-Talibə və Zeyd ibn Sabitə aiddir. Daim Peyğəmbərin hüzurunda olan bu iki insan Məhəmməd (s) Peyğəmbərin nəzarəti altında Quran ayələrini yazıya köçürmüşlər.

Qurani-kərim İslamın əsasını təşkil etdiyindən, ictimai və fərdi həyatın müxtəlif sahələrində bu kitab əsas götrüldüyündən həzrət Peyğəmbər şəxsən özü Quranın qələmə alınmasına nəzarət etmişdir. Həzrət dünyasını dəyişdiyi vaxt Quran tam şəkildə müsəlmanların ixtiyarında olmuşdur. Bu gün əlimizdə olan Quran bir zaman Peyğəmbər dövründə toplanmış Qurandır./Oxuquran.com