Qurani Kərimdə Allaha qayıdış üçün ən çox ümidverici ayə hansıdır?!

Qurani Kərimdə Allaha qayıdış üçün ən çox ümidverici ayə hansıdır?!

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Qeyd etdiyimiz \”Hud\” surəsinin 114-cü ayəsinin təfsirində \”Məcməul-bəyan\” təfsirinin müəllifi (Təbərsi), Əmirəl-mö`minin Əli (əleyhissalam)-dan maraqlı bir hədis nəql edir.

“Günlərin birində Həzrəti Əli (əleyhissalam) cəmiyyətə üzünü tutub soruşur: Bilirsiniz, Qur`anda ən ümidverici ayə hansıdır? Bə`ziləri dedilər: Budur: “Şübhə yoxdur ki, Allah özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlayar.(Nisa-48)” İmam buyurdu: Yaxşıdır. Amma, mən istədiyim ayə deyil.

 

Bəziləri dedilər: Bu ayədir: “Hər kəs pis iş gördükdən və ya zülm etdikdən sonra Allahdan bağışlanmasını dilərsə, Allahın bağışlayan və mərhəmətli olduğunu görər.(Nisa-110)” İmam yenə buyurur: Mən istədiyim ayə deyil. Bə`ziləri dedilər: Bu ayədir: “De ki: Ey özlərinə zülm edən bəndələr! Allahın rəhmətindən ümidinizi üzməyin!(Zümər-53)”

Həzrət buyurur: İstədiyim ayə deyil! Əhali soruşur: Bəs hansı ayədir? Həzrət buyurur: Ən ümidbəxş ayə, bu ayədir:  “Namazı gündüzün iki başında və gecənin əvvəlində qıl.”/Oxuquran.com