QURANİ KƏRİMDƏ ORUCLUQ BARƏDƏ AYƏLƏR

QURANİ KƏRİMDƏ ORUCLUQ BARƏDƏ AYƏLƏR

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“BƏ­QƏ­RƏ” SU­RƏ­Sİ

“Ey iman gə­ti­rən­lər! Oruc tut­maq siz­dən əv­vəl­ki üm­mət­lə­rə va­cib edil­di­yi ki­mi, si­zə də va­cib edil­di ki, (bu­nun va­si­tə­si­lə) siz pis əməl­lər­dən çə­ki­nə­si­niz!” (ayə, 183).

“(Oruc tut­maq) sa­yı mü­əy­yən olan (bir ay) gün­lər­dir. (Bu gün­lər­də) siz­dən xəs­tə və ya sə­fər­də olan­lar tut­ma­dı­ğı gün­lər qə­dər baş­qa gün­lər­də oruc tut­ma­lı­dır­lar. Oruc tut­ma­ğa ta­qə­ti ol­ma­yan­lar isə (hər gü­nün əvə­zin­də) bir yox­su­lu doy­du­ra­caq qə­dər fid­yə ver­mə­li­dir­lər. Hər kəs kö­nül­lü xe­yir iş gö­rər­sə (həm oruc tu­tub, həm də fid­yə ve­rər­sə), bu onun üçün da­ha yax­şı olar. Bil­sə­niz oruc tut­maq si­zin üçün nə qə­dər xe­yir­li­dir!” (ayə, 184).

“İn­san­la­ra doğ­ru yo­lu gös­tə­rən, bu yo­lu açıq də­lil­lə­ri ilə ay­dın­laş­dı­ran və (haq­qı ba­til­dən) ayı­ran (Qu­ran) Ra­ma­zan ayın­da na­zil edil­miş­dir. Aya (Ra­ma­zan ayı­na) ye­ti­şən şəxslər (bu ayı) oruc tut­ma­lı­dır­lar; xəs­tə və ya sə­fər­də olan­lar isə tut­ma­dı­ğı gün­lə­rin sa­yı qə­dər baş­qa gün­lər­də tut­sun­lar. Al­lah si­zin üçün ağır­lıq de­yil, yün­gül­lük is­tər ki, föv­tə ge­dən gün­lə­rin oru­cu­nu ta­mam­la­ya­sı­nız və si­zi düz yo­la yö­nəltmə­si­nə gö­rə Ona (“Al­la­hu ək­bər” de­mək­lə) tə­zim və şü­kür edə­si­niz” (ayə, 185).

“Oruc ge­cə­si qa­dın­la­rı­nı­za ya­xın­laş­maq si­zə ha­lal edil­di. On­lar si­zin, siz də on­la­rın li­ba­sı­sı­nız. (Bir-bi­ri­ni­zə həd­din­dən ar­tıq ya­xın­sı­nız). Al­lah si­zin özü­nü­zə pis­lik (xə­ya­nət) et­di­yi­ni­zi (ya­xud nəf­si­ni­zə qar­şı zə­if­lik gös­tə­rə­cə­yi­ni­zi) bi­lib töv­bə­lə­ri­ni­zi qə­bul edə­rək si­zi ba­ğış­la­dı… sübh açı­lın­ca, ağ sap qa­ra sap­dan fərqlə­nin­cə­yə qə­dər ye­yib için; son­ra ge­cə­yə qə­dər oru­cu­nu­zu ta­mam­la­yın”  (ayə, 187).

“Al­lah­dan öt­rü həcc və üm­rə (ki­çik həcc) əməl­lə­ri­ni tam ye­ri­nə ye­ti­rin, əgər ara­da si­zə ma­ne­çi­lik olar­sa, (si­zə) mü­yəs­sər olan bir qur­ban­lıq gön­də­rin, qur­ban­lıq öz ye­ri­nə (Mi­na­ya) ça­tın­ca­ya qə­dər ba­şı­nı­zı qırxdır­ma­yın. Əgər (eh­ram­da ikən, zi­ya­rət za­ma­nı) siz­dən xəs­tə­lə­nən və ya­xud baş ağ­rı­sı­na tu­tu­lub əziy­yət çə­kən olar­sa, be­lə şəxs (ba­şı­nı qırxdır­ma­ğın əvə­zin­də) fid­yə ola­raq (üç gün) oruc tut­ma­lı və ya sə­də­qə ver­mə­li, ya­xud da bir qur­ban kəs­mə­li­dir. (Ma­ne­çi­li­yin ara­dan qalxma­sı­na) əmin ol­duq­da isə həcc vax­tı­na qə­dər üm­rə zi­ya­rə­tin­dən is­ti­fa­də edən şəxs mü­yəs­sər et­di­yi bir hey­van kəs­mə­li­dir. Qur­ban­lıq tap­ma­yan­lar bu­nun əvə­zin­də həcc zi­ya­rə­ti gün­lə­rin­də üç gün və (və­tə­ni­nə) qa­yı­dan­dan son­ra yed­di gün oruc tut­ma­lı­dır­lar ki, bu da tam on gün edir. Bu (üm­rə zi­ya­rə­ti) ai­lə­si Məs­ci­dül­hə­ram­da (Mək­kə­də və ət­ra­fın­da) sa­kin ol­ma­yan­la­ra aid­dir. Al­lah­dan qor­xun və bi­lin ki, Al­la­hın əza­bı şid­dət­li­dir” (ayə, 196).

“Nİ­SA” SU­RƏ­Sİ

“Heç bir mö­mi­nə baş­qa bir mö­mi­ni öl­dür­mək ya­raş­maz. Bu səh­vən (xə­ta üzün­dən) ol­duq­da müs­təs­na­dır. Hər kəs bir mö­mi­ni səh­vən öl­dü­rər­sə, o za­man o, mö­min bir qul azad et­mə­li və öl­dü­rül­müş şəx­sin ai­lə­si qan­ba­ha­sı­nı sə­də­qə ola­raq ba­ğış­la­ma­dıq­da, on­la­ra (ölən şəx­sin va­ris­lə­ri­nə) tam şə­kil­də qan­ba­ha­sı ver­mə­li­dir. Əgər (öl­dü­rü­lən şəx­sin özü) mö­min ol­du­ğu hal­da, si­zə düş­mən olan bir tay­fa­dan­dır­sa, o vaxt (öl­dü­rü­lən şəxs) mö­min bir qul azad et­mə­li­dir. Əgər (öl­dü­rü­lən şəxs) si­zin­lə əhd (mü­qa­vi­lə) bağ­la­mış bir tay­fa­dan olar­sa, o za­man onun ai­lə­si­nə qan­ba­ha­sı ver­mək­lə bə­ra­bər, mö­min bir qul də­xi azad et­mək la­zım­dır. Hər kəs (azad et­mə­yə qul) ta­pa bil­mə­sə, o, Al­lah tə­rə­fin­dən töv­bə­si­nin qə­bul edil­mə­si üçün bir-bi­ri­nin ar­dın­ca (ara­sı kə­sil­mə­dən) iki ay oruc tut­ma­lı­dır. Al­lah (hər şe­yi) bi­lən­dir, hik­mət sa­hi­bi­dir! (ayə, 92).

“MA­İ­DƏ” SU­RƏ­Sİ

“Al­lah si­zi bil­mə­dən (səh­vən) iç­di­yi­niz andla­rı­nı­za gö­rə cə­za­lan­dır­maz (mə­zəm­mət, sor­ğu-su­al et­məz), la­kin (bi­lə-bi­lə və ya qəs­dən) iç­di­yi­niz andla­rı (poz­ma­ğa) gö­rə cə­za­lan­dı­rar. Be­lə bir an­dın poz­ma­ğın kəf­fa­rə­si ai­lə­ni­zə ye­dirtdi­yi­ni­zin or­ta he­sa­bın­dan on yox­su­lu ye­dir­dib do­yur­maq, ya­xud ge­yin­dir­mək, ya­xud da bir kö­lə azad et­mək­dir. Bun­la­rı et­mə­yə im­ka­nı ol­ma­yan şəxs üç gün (dal­ba­dal) oruc tut­ma­lı­dır. Bu, iç­di­yi­niz andla­rın kəf­fa­rə­si­dir. Bu­nun­la be­lə, andla­rı­nı­zı qo­ru­yun (on­la­rı poz­maq­dan çə­ki­nin). Al­lah ayələ­ri­ni si­zə be­lə izah edir ki, bəl­kə, şü­kür edə­si­niz!” (ayə, 89).

“Ey iman gə­ti­rən­lər! Eh­ram­da olar­kən ovu (əti ye­yi­lən hey­van­la­rı) öl­dür­mə­yin. Siz­dən ovu qəs­dən öl­dü­rən hər bir kə­sin boy­nu­na cə­za və ya kəf­fa­rə dü­şür. Onun cə­za­sı içə­ri­niz­dən olan iki əda­lət­li şəx­sin hök­mü ilə öl­dür­dü­yü­nə bən­zər (onun qiy­mə­ti­nə bə­ra­bər) bir hey­va­nı Kə­bə­yə ça­ta­sı (Kə­bə­nin ya­xın­lı­ğın­da kə­si­lib ora­da­kı yox­sul­la­ra pay­la­na­caq) qur­ban et­mək, kəf­fa­rə­si isə, gör­dü­yü işin zə­rə­ri­ni, acı­sı­nı dad­sın de­yə, (öl­dür­dü­yü hey­va­nın də­yə­ri mü­qa­bi­lin­də) yox­sul­la­ra ye­dirtmək, ya­xud ona bə­ra­bər (hə­rə­si üçün bir gün ol­maq şər­ti­lə ye­di­rə­cə­yi yox­sul­la­rın sa­yı qə­dər) oruc tut­maq­dır. Al­lah keç­miş­də olan­la­rı ba­ğış­la­mış­dır. Hər kəs bun­dan son­ra be­lə bir iş gör­sə, Al­lah on­dan in­ti­qam alar. Al­lah ye­nil­məz qüv­vət sa­hi­bi, in­ti­qam sa­hi­bi­dir! (ayə, 95)

“TÖV­BƏ” SU­RƏ­Sİ

“(On­lar Al­la­ha) töv­bə, iba­dət və şü­kür-sə­na edən­lər, oruc tu­tan­lar (və ya ci­had uğ­run­da, elm təh­sil et­mək üçün yur­dun­dan ay­rı­lıb baş­qa yer­lə­rə ge­dən­lər), rü­ku və səc­də edən­lər (na­maz qı­lan­lar), yax­şı iş­lər gör­mə­yi əmr edib pis iş­lə­ri ya­saq edən­lər və Al­la­hın həd­lə­ri­ni (ha­lal-ha­ra­mı) qo­ru­yan­lar­dır. (Ya Rə­su­lum!) Be­lə mö­min­lə­ri (Cən­nət­lə) müj­də­lə!” (ayə, 112).

“ƏL-ƏH­ZAB” SU­RƏ­Sİ

“Hə­qi­qə­tən, Al­lah məhz mü­səl­man ki­şi­lər və qa­dın­lar, mö­min ki­şi­lər və qa­dın­lar, (Al­la­ha) mü­ti ki­şi­lər və qa­dın­lar, doğ­ru da­nı­şan ki­şi­lər və qa­dın­lar, sə­bir­li ki­şi­lər və qa­dın­lar, tə­va­zö­kar (yal­nız Al­lah qar­şı­sın­da ki­çi­lən) ki­şi­lər və qa­dın­lar, sə­də­qə ve­rən, oruc tu­tan ki­şi­lər və qa­dın­lar, ayıb (öv­rət) yer­lə­ri­ni (zi­na­dan) qo­ru­yub sax­la­yan ki­şi­lər və qa­dın­lar və Al­la­hı çox zikr edən ki­şi­lər və qa­dın­lar üçün (axi­rət­də) məğ­fi­rət (ba­ğış­lan­ma) və bö­yük bir mü­ka­fat (Cən­nət) ha­zır­la­mış­dır!” (ayə, 35).

“ƏL-TƏH­RİM” SU­RƏ­Sİ

“Əgər o si­zi bo­şa­sa, ola bil­sin ki, Rəb­bi si­zin əvə­zi­ni­zə ona siz­dən da­ha yax­şı zöv­cə­lər mü­səl­man, mö­min, ita­ət­kar, töv­bə­kar, iba­dət edən, oruc tu­tan dul qa­dın­lar və ba­ki­rə qız­lar ver­sin!” (ayə, 5). /faktxeber