Qurani Kərimdə Qonşuluq haqları barədə nə buyurulur?!

Qurani Kərimdə Qonşuluq haqları barədə nə buyurulur?!

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Nisa surəsinin 36-cı ayəsində oxuyuruq: “Allaha ibadət edin və Ona şərik qoşmayın! Ata-anaya, qohum-əqrabaya, yoxsullara, yaxın və uzaq qonum-qonşuya, yaxın yoldaş və dostlara, (pulu qurtarıb yolda qalan) müsafirlərə, sahib olduğunuz qul və kənizlərə yaxşılıq edin! “
Yuxarıdıkı ayədə, Allahın, bəndələrin hüquqları barəsində həmçinin, insanlarla birlikdə yaşamağın ədəblərindən bəhs olunmuşdur. Ümumiyyətlə, ayədə on göstərişə işarə olunmuşdur.

Ayədə buyurur: “Yaxın qonşu“. Yaxın qonşudan məqsəd kimdir? Müfəssirlər müxtəlif nəzəriyyələr irəli sürür. Bə`ziləri onları yaxınlıqda olan qohumlar kimi mə`na edirlər. Lakin, bu təfsir, əvvəlki ayələrdə işarə olunmuş qohumları nəzərə alsaq, bu mə`na uzaq nəzrə gəlir. Bəlkədə, ayədə yaxın məkan nəzərdə tutulur. Çünki, ən yaxın qonşuların haqqı və ehtiramı daha böyükdür. Yaxud, o qonşulardır ki, din və məzhəb cəhətdən insana daha yaxındırlar.

 

Ayənin davamında buyurur: ”Uzaq qonşular”. Uzaqdan məqsəd, məkan cəhətdən uzaq olmaqdır. Çünki, bə`zi rəvayətlərə görə insanın evindən qırx o tərəfə onun qonşusu sayılır. Gələcək bəhslərdə bu rəvayətlərə işarə edəcəyik. Qonşu sözü məhdud mə`nada olub, təkcə yaxın qonşulara deyilir. İslamda, bu sözün mə`nasına genişlik verməkdən ötrü “uzaq qonşu\” adından istifadə etməkdən başqa çarəsi yoxdur. Ola bilər “uzaq qonşulardan “məqsəd qeyri-müsəlmanlar\”olsun. Çünki, İslamda qonşuluq haqqı təkcə müsəlmanlara yox, müsəlmanlarla yaşayan qeyri müsəlmanlara da aiddir.

Qur`anın, yaxın və uzaq qonşular barəsində nəzərini bildikdən sonra rəvayətlərdə İslam Peyğəmbərindən (səlləlləahu əleyhi və alehi və səlləm), mə`sum İmamlardan (əleyhimussalam)-dan bizə çatan mətləblərə qısa da olsa diqqət edək./Oxuquran.com