Qurani Kərimin ayələrinə əsasən İnsanları yaxşılığa necə dəvət edək?

Qurani Kərimin ayələrinə əsasən İnsanları yaxşılığa necə dəvət edək?

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Cavab: İnsanları həqiqətə müxtəlif yollarla çağırmaq olar:

1. Bir çox ayələrdə buyurulduğu kimi, əsas də`vət yollarından biri sözlə (dillə) dəvətdir.

2. Əməli dəvət. Quran “libasını təmizlə” buyurur (Мüddəssir-4). Yə`ni insan əvvəlcə özünü təmizləməlidir.

3. Birbaşa dəvət. Quran “xoş danışın, namaz qılın, zəkat verin”, deyə əmr edir(Bəqərə-83). İnsanları birbaşa da haqqa çağırmaq olar.

4. Dolayı dəvət. İnsanlara Qur`andan əhvalatlar danışmaqla onlara doğru yolu göstərmək olar. Məsələn, qardaşlarının, oyun bəhanəsi ilə Yusifi aldadıb quyuya atdıqlarından xəbərdar olan həmsöhbətiniz başa düşər ki, düşmənlər insanı idman pərdəsi altında yolundan azdıra bilər.

5. Ümumi dəvət. Allah öz peyğəmbərinə bütün xalqı dəvət etməyi buyurmuşdur.

6. Xüsusi dəvət. Peyğəmbərlər öz ailələrini doğru yola dəvət edirdilər (Məryem-55 , Əhzab-59).

7. Qohumları dəvət (Şüəra-214).

8. Həmvətənləri dəvət (Ənam-92).

9. Bəşəriyyəti dəvət (Əraf-158).

Bəli, mərcan gəzən üzgüçü, ova çıxmış balıqçı dənizin bir nöqtəsində durub qalmamalı, böyük qazanc istəyində olan tacir dükanda çeşidləri artırmalıdır./Oxuquran.com