QURANİ KƏRİMİN AYƏLƏRİNDƏ "ƏBD" KƏLMƏSİ HANSI MƏNALARDA İŞLƏNMİŞDİR?

QURANİ KƏRİMİN AYƏLƏRİNDƏ “ƏBD” KƏLMƏSİ HANSI MƏNALARDA İŞLƏNMİŞDİR?

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

«Əbd» sözü, Quranda iki mənada gəlmişdir:

Birinci, bəndə, qul və məmluk. Necə ki, Allah-taala buyurur:
«Öldürülənlərdə sizin üçün qisas almaq hökmü qərara alındı. Azad şəxsi azad şəxsin, qulu qulun, qadını qadının əvəzində.» [Bəqərə-178]

urədə buyurur:
«Allah məsəl çəkdi, heç bir şeyə gücü çatmayan və özündən heç bir ixtiyarı olmayan qulu və məmluku.» [Nəhl-75]
Başqa bir ayədə yenə buyurur:
«Göylərdə və yerdə olan bütün məxluqatlardan bir eləsi yoxdur ki, Rəhmanın hüzuruna bir qul kimi gəlməsin.» [Nəhl-93]
«Əqrəbül-məvarid» kitabında yazır:

«Əbd» (Allahın qulu), istər azad, istərsə də qul olsun, insan mənasındadır.
«Əbd» sözü, aşağıdakı ayələrdə, «abid», \”Allaha ixlasla itaət edən”, “ibadət və itaət\” mənasında gəlmişdir:
«Ey Nuhla birlikdə gəmilərinə mindirdiyimiz insanların nəsli! Bilin ki, həqiqətən Nuh şükür edən bir bəndə idi.»[İsra-3]
«Bəndəsini bir gecədə, Məscidül-həramdan Məscidül-əqsaya aparan Allah, pak və müqəddəsdir!»[İsra-1]
«Və bəndəmiz Əyyubu da yad et!» [Sad-41]

Bu ayədə «əbd» sözü, layiqli bəndə, Allaha ən yaxşı ibadət edən mənasında işlənilib. Nuh, Əyyub və İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Allahın ən ləyaqətli bəndələrindəndirlir.
Allah barəsində iki növ ibadət var:  Birinci, halal və haram barəsində Allahın əmrlərindən itaət etmək.

 

Bu ibadət, itaət və ya əmrə tabe olma adlanır. Necə ki, Allah-taala Quranda buyurur:
«Mənə ibadət et və Məni anmaq və zikr etmək üçün namaz qıl!»[Taha-14]
«Mən cinləri və insanları Mənə ibadət etmək üçün yaratdım.»[Zariyat-56]

«İnsanlardan eləsi də vardır ki, Allaha şəkklə ibadət edərlər. Əgər ona bir xeyir toxunsa, qəlbi onunla sakitləşər. Yox, əgər ona bəla, müsibət üz versə, küfrə qayıdar. Beləsi dünya və Axirətdə ziyana uğrayar. O açıq-aşkar bir ziyandır.» [Həcc-11]
Çox güman ki, axırıncı bu iki ayədə, «əbd» sözü, itaətkar olmaq və əmrə əməl etmək mənasında yozulur.

 

İbadət sözünün başqa mənası, qarşı tərəfi müqəddəs bilməklə onun müqabilində zəlil halında qalmaqdır. Yəni, bəndənin, Allah-taalanın müqabilində son dərəcədə öz təvazökarlıq və zillətini izhar etməsidir. Eyni halda, Onu bütün nöqsanlardan pak və bütün kamal sifətlərinə malik olan kimi nəzərə alsın. Nəticədə, İslamda, «Allaha ibadət» deməyin mənası budur ki, bəşər, Allahdan qeyrisinin müqabilində bəndəlik və ibadət etməkdən çəkinməlidir. Xüsusilə, hakimlər, padşahlar, cabbar və zalimlər müqabilində bəndəlik etməkdən çəkinmək lazımdır.

 

İslam buyurur: «Xeyir və ziyan Allahın əlindədir.» Dünyadakı qüdrətlərdən heç birisi, xeyir və zərər verməyə qadir deyillər. Allah Quranda buyurur:
«De ki: Allahı qoyub sizə nə bir zərər və nə də bir xeyir verən şeylərəmi ibadət edirsiniz?»[Maidə-76]
«Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzinizi Allahdan diləyin.»[Ənkəbut-17]
«Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Pərvərdigarınıza ibadət edin. Yaradılış Onun əlindədir.» [Bəqərə-21]/Oxuquran.com