Qurani Kərimin haqqında 1-25-ci suallara-cavablar ... Birinci bölüm

Qurani Kərimin haqqında 1-25-ci suallara-cavablar … Birinci bölüm

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Әziz Quran aşiqləri! Quran haqqında olan bəzi ümumi məsələləri əldə etmək istədikdə aşağıdakı verilmiş sualların cavabına diqqət yetirə bilərsiz.
1) Sual: Quran neçə surədən ibarətdir?
Cavab: Quran 114 surədən təşkil tapmışdır.

2) Sual: Quran neçə cüz (hissə)dən ibarətdir?
Cavab: Quran 30 cüzdən ibarətdir.

3) Sual: Quran neçə hizbdən (hissənin qismindən) təşkil tapır?
Cavab: Quran 120 hizbdən ibarətdir.

4) Sual: Quranın neçə ayəsi vardır?
Cavab: Quranın 6236 ayəsi vardır.

5) Sual: Qurani-Kərim neçə hərfdən ibarətdir?
Cavab: Qurani-Kərim 323671 hərfdən ibarətdir.

6) Sual: Qurani-Kərim neçə kəlmədən təşkil tapır?
Cavab: Qurani-Kərim 77807 kəlmədən təşkil tapmışdır.

7) Sual: Qurani-Kərimdə neçə dəfə Quran kəlməsi gəlmişdir?
Cavab: Qurani-Kərimdə 70 dəfə Quran kəlməsi gəlmişdir.

8) Sual: Qurani-Kərimdə ən böyük ədəd hansıdır?
Cavab: Quranda ən böyük ədəd 100000-dir ki, əs-Saffat surəsinin 147-ci ayəsində gəlmişdir. (37-ci surə)

9) Sual: Quranda ən çox işlədilmiş hərf hansıdır?
Cavab: Quranda ən çox işlədilmiş hərf əlif(أ) hərfidir.

10) Sual: Quranda ən az işlədilmiş hərf hansıdır?
Cavab: Quranda ən az işlədilmiş hərf za (ظ) hərfidir.

11) Sual: Quranda işarə olunmuş ən gözəl və üstün gecə hansıdır?
Cavab: Quranda işarə olunmuş ən gözəl və üstün gecə “Qədr” gecəsidir.

12) Sual: Quranda buyurulmuş ən gözəl ay hansıdır?
Cavab: Quranda buyurulmuş ən gözəl ay “Ramazan” ayıdır.

13) Sual: Quranda olan ən gözəl surə hansıdır?
Cavab: Quranda olan ən gözəl surə “Yasin” surəsidir. (36-cı surə).

14) Sual: Quranın ən böyük surəsi hansıdır?
Cavab: Quranın ən böyük surəsi “əl-Bəqərə” surəsidir ki, bu surə 286 ayədən ibarətdir. (2-ci surə).

15) Sual: Quranın ən kiçik surəsi hansıdır?
Cavab: Quranın ən kiçik surəsi “əl-Kovsər” surəsidir ki bu surə isə 3 ayədən təşkil tapır. (108-ci surə).

16) Sual: Quranda ən böyük ayə hansıdır?
Cavab: Quranda ən böyük ayə “əl-Bəqərə” surəsinin 282-ci ayəsidir. (2-ci surə).

17) Sual: Quranda ən kiçik ayə hansıdır?
Cavab: Quranda ən kiçik ayə (Muqəttəə hərflərindən əlavə) مُدْهآمَّتَانِ “Mudhammətan” ayəsidir ki, ər-Rəhman surəsinin 64-ci ayəsi hesab olunur. (55-ci surə).

18) Sual: Quranda ilk surə hansıdır?
Cavab: Quranda ilk surə “əl-Fatihə” surəsidir. (1-ci surə)

19) Sual: Quranın sonuncu surəsi hansıdır?
Cavab: Quranın sonuncu surəsi “ən-Nas” surəsidir. (114-ci surə)

20) Sual: Quranda ən böyük kəlmə hansıdır?
Cavab: Quranda ən böyük kəlmə فَأَسْقَيْناكُمُوهُ «fəəsqəynakumuhu» kəlməsidir ki bu kəlmə on bir hərfdən ibarətdir və “əl-Hicr” surəsinin 22-ci ayəsində yerləşir. (15-ci surə).

21) Sual: Quranın ortasında yerləşən kəlmə hansıdır?
Cavab: Quranın ortasında yerləşən kəlmə “əl-Kəhf” surəsinin 19-cu ayəsindəki, وَلْيَتَلَطَّفْ “vəlyətələttəf” kəlməsidir. (18-ci surə).

22) Sual: Quranda neçə surə “Qul” (yəni:de) kəlməsi ilə başlayır?
Cavab: Quranda 5 surə “Qul” kəlməsi ilə başlayır və onlar aşağıdakılardan ibarətdir:

1. “əl-Cinn” surəsi. (72-ci surə)
2. “əl-Kafirun” surəsi (109-cu surə)
3. “əl-İxlas” surəsi (112-ci surə)
4. “əl-Fələq” surəsi (113-ci surə)
5. “ən-Nas” surəsi (114-ci surə)

23) Sual: O iki ayə hansıdır ki, onlarda ərəb əlifbasının 28 hərfi cəm olunmuşdur?
Cavab: 1) “Ali-İmran” surəsini 154-cü ayəsi. (3-cü surə).
2) “əl-Fəth” surəsinin sonuncu ayəsi. (48-ci surə).

24) Sual: Bütün ayələrində الله “Allah” kəlməsi olan surə hansıdır?
Cavab: “əl-Mucadələ” surəsi, (58-ci surə)

25) Sual: Quranın anası adı ilə tanınmış surə hansıdır?
Cavab: “əl-Fatihə” surəsi (1-ci surə)  …