Quranın Bril əlifbası ilə elektron nüsxəsi hazırlandı

Quranın Bril əlifbası ilə elektron nüsxəsi hazırlandı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bril əlifbası ilə yazılmış Quran nüsxəsinin görmə qüvvəsini itirmiş və ya Quranı oxumaq üçün çətinlik çəkən və gözü zəif görənləri Allah kəlamını oxumağa təşviq edəcəyi gözlənilir.

Hicazın Mədinə şəhərinin “Göz Əlillərinə Dəstək Birliyi” Qurani-Kərim Bril xətti ilə yazılmış nüsxəsinin elektron versiyasını hazırlayıb.

Həmin birlik qərara alıb ki, Məkkə və Mədinə şəhərinin ziyarətçiləri üçün Bril əlifbası ilə yazılmış yüzlərlə elektron Quran nüsxələri istehsal etsin.

Gözü qüsurlu olanlar üçün Bril xətti ilə hazırlanmış elektron Quran qiraəti aparatı ziyarətçilər və həmçinin tanınmış dini şəxsiyyətlər tərəfindən alqışla qarşılanıb.

Bril əlifbası ilə yazılmış Quran nüsxəsinin görmə qüvvəsini itirmiş və ya Quranı oxumaq üçün çətinlik çəkən və gözü zəif görənləri Allah kəlamını oxumağa təşviq edəcəyi gözlənilir.

Görmə qüsuru olanlar üçün hazırlanmış bu elektron nüsxə onların 6 cildlik Quran nüsxəsindən ehtiyacsız edəcək və onlar da istədikləri yerdə Quran tilavət edə biləcəklər.

Bu nüsxənin geniş istehsalı başladıqdan sonra bütün məscid, kitabxana, avtobus terminalları, qatar stansiyaları və hava limanlarına veriləcək.

Hicazın Mədinə şəhərinin “Göz Əlillərinə Dəstək Birliyi” dünyada 8 milyon civarında görmə qüsuru olan müsəlmanların elektron Quran nüsxəsindən istifadə etməsinə dəstək kampaniyası yaradıb./iqna