Ər-Riyadda Quran əlyazmalarının sərgisi açılıb

Ər-Riyadda Quran əlyazmalarının sərgisi açılıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərindəki Kral Əbdüləziz adına Xalq Kitabxanasında Qurani-Kərimin nadir və nəfis əlyazmalarından ibarət kolleksiya nümayiş olunur.

Ər-Riyaddakı Kral Əbdüləziz Xalq Kitabxanası Ümumdünya İrs Günü münasibətilə Qurani-Kərimin nadir nüsxələrindən ibarət sərgiyə start verib. Sərgi ərəb və İslam irsinin tanıdılmasına kömək etmək məqsədilə kitabxana tərəfindən təşkil olunub.

Bu kitabxanada əksəriyyəti hicri 10-13-cü əsrlər arasında yazılmış Qurani-Kərim kolleksiyaları var və burada 267 Quran və 20 qiymətli muzey nüsxəsi var.

Bu kitabxanada müxtəlif çiçəklərlə bəzədilmiş hind Quranlarının qiymətli kolleksiyaları, eləcə də Çin, Kəşmir və şahların dövrünün gözəl əsərlərindən nümunələr nümayiş etdirilir.

Sərgi zamanı ziyarətçilər Qurani-Kərimin tam hissəsinin qızıl su ilə yazılmış əlyazması ilə tanış olacaqlar.

Kitabxanada ərəb və İslam irsinin digər kolleksiyaları, o cümlədən nadir sikkələr və xəttatlıq əsərləri var./iqna