Rusiyada Quranın izahlı tərcüməsi çap və nəşr edildi

Rusiyada Quranın izahlı tərcüməsi çap və nəşr edildi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Rusiyada İbn Sina İslami Araşdırmalar Fondunun təşəbbüsü ilə Rusiyanın məşhur ACT nəşriyyatı tərəfindən Qurani-Kərimin izahlı tərcüməsi çap və nəşr edilib.

Qurani-Kərimin izahlı tərcüməsinin altıncı nəşri də Rusiyada yaşayan müsəlmanlar, İslamşünaslar və Quran tədqiqatçıları tərəfindən maraqla qarşılanıb.

Qurani-Kərimin Rus dilində izahlı tərcüməsi İranın İsfahan şəhərində Ayətullah Seyid Kamal Fəqih İmaninin nəzarəti ilə “Əmirul-Möminin İslami Araşdırmalar Mərkəzi” tərəfindən yazılmış “Təfsiru Nurul-Quran fi təfsiril-Quran” adlı təfsir əsasında hazırlanıb.

Bu tərcümənin ərsəyə gəlməsində Rursiyanın məşhur şərqşünas, İslamşünas və Fars dili mütərcimləri Anatoli Livanov, Artyum Miskalyev, Boris Nurik, Elşad Nəsirov və Nazim Zeynalov həmkarlıq ediblər.

Qeyd edək ki, Rusiyanın İbn Sina İslami Araşdırmalar Fondu indiyədək bir çox dini kitabları çap və nəşr edib ki, bunlardan Məhəmməd Hadi Mərifətin “Quran Elmləri”, Seyid Məhəmmədbaqir Höccətinin “Quran tarixində araşdırma”, Məhəmmədəli Rzayinin “Quran elmi ecazkarlığı”, Kamal Seyyidin “Əhsənul-Qisəs”, Əllamə Təbatəbayinin “İslamda Quran” və Quran Araşdırmaları Məqalələri Toplusuna işarə etmək olar. /iqna