“Şura” surəsinin 23-cü ayəsinin təfsiri haqqında Əhli-Sünnə alimi Fəxri Razi hansı təfsir və izahı yazmışdır?!

“Şura” surəsinin 23-cü ayəsinin təfsiri haqqında Əhli-Sünnə alimi Fəxri Razi hansı təfsir və izahı yazmışdır?!

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“Şura” surəsinin 23-cü ayəsində Peyğəmbəri-əkrəmə (s) xitab olunaraq buyurulur:
قُل لَّا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا إِلَّا الْمَوَدَّةَ فِي الْقُرْبَى
“(Ya Peyğəmbər!) De ki, mən sizdən bunun (peyğəmbərlik və risalətimin) müqabilində ən yaxınlarımı sevməkdən başqa bir şey istəmirəm.”

–  Zəməxşəri, Fəxri-Razi və Qurtubi öz təfsir kitablarında “qurba” ayəsinin təfsirində Peyğəmbəri-əkrəmdən (s) bir hədis nəql edirlər.

Bu hədisdə Əhli-beyt (ə) sevgisi yüksək qiymətləndirilir. Zəməxşərinin “Kəşşaf” təfsirindəki hədisi olduğu kimi yazırıq. Peyğəmbəri-əkrəm (s) buyurmuşdur: “Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə ölsə, dünyadan şəhid olaraq getmişdir.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, bağışlanmışdır.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, tövbə ilə dünyadan getmişdir.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, kamil imanla dünyadan getmişdir.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, ölüm mələyi ona behişt müjdəsi verər, sonra Nəkir və Münkər (adlı sorğu-sual mələkləri) onu müjdələyərlər.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, gəlin bəy evinə aparılan kimi, ehtirmla behiştə aparılar.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, onun qəbrindən behiştə doğru iki qapı açılar.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, qəbri rəhmət mələklərinə ziyarətgah olar.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə məhəbbətlə dünyadan getsə, sünnə ilə dünyadan getmişdir.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə ədavətlə dünyadan getsə, qiyamət günü alnına “Allahın rəhmətindən məyusdur” yazıldığı halda məhşərə çıxar!
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə ədavət və kin-küdurətlə dünyadan getsə, kafir halda dünyadan getmişdir.
Agah olun! Hər kəs Məhəmmədin (s) Əhli-beytinə ədavət və kin-küdurətlə dünyadan getsə, behişt qoxusu duymaz!” (“Kəşşaf” təfsiri, 4-cü cild, səh. 220-221; “Kəbir” təfsiri, 27-ci cild, səh. 165-166 və “Təfsiri-Qurtubi” səh. 5843.)