Tunisin "Zeytunə" Quran Radiosu, dövlət radiosu olub

Tunisin “Zeytunə” Quran Radiosu, dövlət radiosu olub

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Tunisin dini və qurani mətbuat orqanlarından olan “Zeytunə” Quran Radiosu, ölkənin radio təşkilatına qoşulub.

Tunis Dövlət Media Universitetinin baş katibi Məhəmməd Əs-Səidi deyib: “Tunisin Quran Radiosunun ölkənin radio təşkilatına birləşdirilməsi üçün tədbirlər görülüb.”
Tunisin “Zeytunə” Quran Radiosunun Tunis Radio Təşkilatına qoşulması haqqında saziş, bu təşkilatın, “Əl-Kəramə” Holdinq şirkətinin nümayəndələri və hökumət nümayəndəsinin iştirakı ilə imzalanıb.

Bununla da, bu təşkilat, hazırda 11 mərkəzi və regional radiostansiyaya nəzarət edir.

Qeyd olunub ki, Tunisin “Zeytunə” Quran Radiosunun Tunis Radio Təşkilatına qoşulması, bu medianın müstəqilliyinə və fəaliyyətinin davam etdirilməsinə zəmanət verir. Çünki dini medialar, özlərini siyasi münaqişələrdən və müxtəlif qrupların istismar cəhdlərindən qorumaq üçün hökumət mərkəzləri çərçivəsində fəaliyyət göstərirlər.

Tunisin “Zeytunə” Quran Radiosu, Tunisdə 1428-ci il Ramazan ayının əvvəlində (13 sentyabr 2007-ci il) fəaliyyətə başlayan ilk dini radiostansiyadır./iqna