Türkiyədə yeni uşaq Quran tədris mərkəzinin açılışı olub

Türkiyədə yeni uşaq Quran tədris mərkəzinin açılışı olub

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Türkiyənin Diyanət İşləri Təşkilatı ölkənin Qaziantep bölgəsində 4-6 yaş arası uşaqlara Qurani-Kərimin öyrədilməsi üçün mərkəz açıb.

Türkiyənin Diyanət İşləri Nazirliyi aprelin 7-də Türkiyənin cənubundakı Qaziantepin Şahin bəy rayonunda 4-6 yaşlı uşaqlar üçün Quran-ı Kərim Tədris və Hifz Mərkəzinin açılışını edib.

Açılış mərasimində Türkiyənin Diyanət İşləri nazirinin müavini Burhan Eşlian, bir sıra icra və hökumət rəsmiləri iştirak ediblər.

Mərasimdə çıxış edən Eşlian bildirib ki, bu yer təkcə Quran tədrisi yeri deyil, həm də əxlaq, ədəb və namazın tədris olunduğu yerdir.

O, əlavə edib ki,  uşaqlar burada gözəl dua etməyi öyrənirlər. Onlara pak toxumlar əkilir ki, bu da onların həyatları boyu hər cür pisliklərdən uzaq olmasına kömək edir./iqna