Urdu dilində nöqtəsiz Quran nüsxəsi nəşr edilib

Urdu dilində nöqtəsiz Quran nüsxəsi nəşr edilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Pakistanın Lahur şəhərinin xüsusi universitetlərindən birinin ustadı və Xeyrul-Mədaris universitetinin məzunu ilk dəfə bu ölkədə Urdu dilində nöqtəsiz Quran nəşr edib.

Pakistanın Lahur şəhərinin xüsusi universitetlərindən birinin ustadı və Xeyrul-Mədaris universitetinin məzunu ilk dəfə bu ölkədə Urdu dilində nöqtəsiz Quran nəşr edib.

İslam araşdırmaçısı və dosent Tahir Mustafa Qurani-Kərimi Urdu dilinə tərcümə edib.

O, bu tərcümədə nöqtəli hərflərdən istifadə etməyərək tarixdə bir ilkə imza atıb.

Bundan öncə öz doktorantura işini Peyğəmbərin (s) adları barədə araşdırmaya həsr etmiş alim bu tərcüməni “Allah kəlamının dərsi” adı ilə iki il müddətində başa vurub.

Alim bu barədə deyib: Bundan öncə də Peyğəmbərin (s) səhabələri Quranı nöqtəsiz kitabət ediblər. Bu əlyazma nüsxələrin bəzilərini dünyanın qədim kitabxanalarında görmək olur.

Məşhur əhli-sünnə alimi Mövlana Əbdül-Məcid Arifin oğlu və digər məşhur alim Mövlana Ətaullah Şahbuxarinin şagirdi Dr. Tahir Mustafa əlavə edib: “Allah kəlamının dərsi”ni Urdu dildində yaradılmış heyrətamiz bir möcüzə hesab etmək olar. Bir çox araşdırmaçılar ilk nöqtəsiz tərcüməni Urdu ədəbiyyatında misilsiz bir əsər hesab ediblər.

Qeyd edək ki, bundan öncə Cəlaluddin Əkbər Padşah Moğulun sarat vəziri Molla Feyzi Qurani-Kərimin təfsirini ərəb dilində nöqtəli hərflərdən istifadə etmədən yazmışdı. /iqna