10 ölkədə Küveyt yay Quran dərnəkləri fəaliyyət göstərəcək

10 ölkədə Küveyt yay Quran dərnəkləri fəaliyyət göstərəcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Küveytdəki “Tərahum” Xeyriyyə və Humanitar Fəaliyyətlər Dərnəyi 10 ölkədə yay Quran hifzi və qiraəti üzrə fəaliyyətə başladığını elan edib.

“Tərahum” dərnəyinin icraçı direktoru Əbdül Həmid Əl-Dosari bununla bağlı deyib: “Bu layihə yeniyetmə və gəncləri Quran hifz etməyə və qiraət dərnəklərinə qoşulmağa həvəsləndirmək, onların istedadlarından və asudə vaxtlarından səmərəli istifadə etməyə sövq etmək məqsədi ilə həyata keçirilib.

Əl-Dosari əlavə edib ki, Uqanda, Benin, Somali, Qambiya, Sudan, Mavritaniya, Yəmən, Suriya, Hindistan və Banqladeş bu layihədən faydalanan ölkələr arasındadır.

O, sonda “Tərahum”  dərnəyinin icraçı direktoru dərnəyin bu cür mühüm plan və proqramlarını dəstəklədiklərinə görə xeyriyyəçilərə minnətdarlığını bildirib, Uca Allahdan onların saleh əməllərinin qəbul olmasını diləyib./iqna