10 yaşlı misirli uşaq Ərəb dünyasının ən gənc Quran xətibidir

10 yaşlı misirli uşaq Ərəb dünyasının ən gənc Quran xətibidir

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

10 yaşlı misirli uşaq moizə və dini nitqlərdəki təcrübəsi ilə ərəb dünyasının ən gənc Quran natiqi adlandırılıb. O, misirli vaiz Şeyx Əl-Şəravini özünə örnək alıb.

Uşaqların əksəriyyəti ancaq dərslərlə, kompüter oyunları ilə məşğul olurlar. Belə bir vaxtda az sayda uşaqlarda var ki, yaşlarının az olmasına baxmayaraq Quranı və onu oxumağı sevirlər. Allah da belə uşaqları sevir.

Adəm Muhəmməd Əli İsmayıl 10 yaşlı misirli uşaqdır. O, dini nitqlərdə və xütbələrdə güclü bəlağətə sahibdir. Buna görə də ona Misbahul-ümmət (ümmətin nuru), Usfurul-Quranil-Kərim (Qurani-Kərimin quşu) və Bülbülül-İslam (İslam bülbülü) kimi ləqəblər veriblər.

O, Misirin Bəni-Suif əyalətindəndir və hazırda Əl-Əzhər məktəblərinin üçüncü sinfində oxuyur. Onun bir növ dini danışıq tərzi var ki, Misirdə Quran alim və təfsirçilərinin fikrincə, öz yaşından yuxarıdır. Bu səbəbdən də onu Misir və ərəb dünyasının ən gənc natiqi adlandırmaq olar./iqna