101-ci surə – əl-Qariə (Ürəkləri dəhşətə salan qiyamət) surəsi (Məkkədə nazil olmuşdur, 11 ayədir. |
Bismillahir-rəhmanir-rəhim!
Rəhman və rəhim Allahın adı ilə
1 Ürəkləri dəhşətə salan qiyamət!
2 Nədir qiyamət?!
3 Sən nə bilirsən (haradan bilirsən) ki, nədir qiyamət?!
4 O gün insanlar kəpənək kimi ətrafa səpələnəcək (çəyirtkə kimi bir-birinə qatışacaq);
5 Dağlar isə didilmiş yun kimi olacaqdır!
6 (O gün) tərəzisi ağır gələn (yaxşı əmələri pis əməllərdən çox olan) kimsə,
7 (Cənnətdə) xoş güzəran içində olacaq!
8 Tərəzisi yüngül gələn (yaxşı əməlləri pis əməllərdən az olan) kimsənin isə,
9 Məskəni Haviyə (Cəhənnəmin dibi) olacaqdır!
10 Sən nə bilirsən ki, o (Haviyə) nədir?!
11 O çox qızmar bir atəşdir!
Quran – V. Məmmədəliyev və Z. Bünyadov tərcüməsi