Əsr surəsi 103-cü surəsi. Məkkədə nazil olmuşdur, 3 ayədir.
Bismillahir-rəhmanir-rəhim!
Rəhman və rəhim Allahın adı ilə
1 And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə) ki,
2 İnsan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir?
3 Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!)
Quran – V. Məmmədəliyev və Z. Bünyadov tərcüməsi