Huməzə surəsi – QURANIN 104-cü surəsi. MƏKKƏDƏ nazil olmuşdur, 9 ayədir.
Bismillahir-rəhmanir-rəhim!
Rəhman və rəhim Allahın adı ilə
1 (Dalda) qeybət edib (üzdə) tə’nə vuran hər kəsin vay halına!
2 O kimsə ki, mal yığıb onu dönə-dönə sayar (çoxaldar).
3 Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.
4 Xeyr! (Heç də onun güman etdiyi kimi deyildir). O mütləq (Cəhənnəmin alt mərtəbələrindən biri olan) Hütəməyə atılacaqdır!
5 Sən nə bilirsən (haradan bilirsən) ki, Hütəmə nədir?!
6 O, Allahın yanar odudur.
7 Elə bir od ki, ürəkləri yandırıb-yaxar.
8 O, belələrinin (qeybətçilərin və tə’nə vuranların) üzünə qapanıb kilidlənəcəkdir.
9 Onlar (Cəhənnəmdə) hündür sütunlara bağlanmış olacaqlar!
Quran – V. Məmmədəliyev və Z. Bünyadov tərcüməsi