Fil surəsi QURANIN 105-ci surəsi. MƏKKƏDƏ nazil olmuşdur, 5 ayədir.
Bismillahir-rəhmanir-rəhim!
Rəhman və rəhim Allahın adı ilə
1 (Ya Peyğəmbər!) Məgər Rəbbinin fil sahiblərinə (Kə’bəni dağıtmaq üçün fillərlə Məkkənin üstünə gələn həbəş ordusuna) nələr etdiyini görmədinmi?!
2 Məgər (Rəbbin) onların hiyləsini boşa çıxartmadımı?!
3 Onların üstünə qatar-qatar quşlar (əbabil quşları) göndərdi.
4 (O quşlar) onlara bişmiş gildən düzəlmiş (möhkəm xırda) daşlar atırdı.
5 (Rəbbin) onları (həşərat tərəfindən) yeyilmiş əkin yarpağına (saman çöpünə) döndərdi!
Quran – V. Məmmədəliyev və Z. Bünyadov tərcüməsi