107. MAUN SURƏSİNİN TƏRCÜMƏSİ

107. MAUN SURƏSİNİN TƏRCÜMƏSİ

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

107-ci surə –  Maun surəsi  – zəkat surəsi) – Quranın  107-ci surəsi. Məkkədə nazil olmuşdur, 7 ayədir.

Bismillahir-rəhmanir-rəhim!

Rəhman və rəhim Allahın adı ilə

1 (Ya Peyğəmbər!) Dini (haqq-hesab gününü) yalan hesab edəni (Əbu Cəhli) gördünmü?

2 O elə adamdır ki, yetimi itələyib qovar (haqqını verməz);

3 Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz (nə özü fəqiri yedirdər, nə də özgəsini qoyar).

4 Vay halına o namaz qılanların ki,

5 Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar);

6 Onlar (namazlarında) riyakarlıq edər,

7 Və (xalqa) zəkat verməyi qadağan edərlər (yaxud xəsislik göstərib bir iş üçün qonum-qonşuya lazım olan qab-qacağı verməkdən imtina edərlər).

Quran – V. Məmmədəliyev və Z. Bünyadov tərcüməsi