109-cu surə – əl-Kafirun (Kafirlər) surəsi (Məkkədə nazil olmuşdur, 6 ayədir).
Bismillahir-rəhmanir-rəhim!
Rəhman və rəhim Allahın adı ilə
1 (Ya Peyğəmbər! Sənə – bir il bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək – deyən müşriklərə) de: “Ey kafirlər!
2 Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm!
3 Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz!
4 Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm!
5 Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!
6 Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!”
Quran – V. Məmmədəliyev və Z. Bünyadov tərcüməsi |