110. NƏSR SURƏSİNİN TƏRCÜMƏSİ

110. NƏSR SURƏSİNİN TƏRCÜMƏSİ

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email
110-cu surə – ən-Nəsr (Kömək) surəsi (Məkkədə nazil olmuşdur, 3 ayədir)

Bismillahir-rəhmanir-rəhim!

Rəhman və rəhim Allahın adı ilə

1 (Ya Peyğəmbər!) Allahın köməyi və zəfər (Məkkənin fəthi) gəldiyi zaman;

2 İnsanların dəstə-dəstə Allahın dininə (islama) daxil olduqlarını gördüyün zaman

3 Rəbbini həmd-səna ilə təqdis et (Onu bütün naqis sifətlərdən uzaq tutub pak bil, “Sübhanəkə Allahümmə və bihəmdikə” kəlməsini de) və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!

Quran – V. Məmmədəliyev və Z. Bünyadov tərcüməsi