112-ci surə – əl-İxlas (Yalnız Allaha məxsus olan sifətlər) surəsi (Məkkədə nazil olmuşdur, 4 ayədir)
Bismillahir-rəhmanir-rəhim!
Rəhman və rəhim Allahın adı ilə
1 (Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında səndən soruşan müşriklərə) de: “(Mənim Rəbbim olan) O Allah birdir (heç bir şəriki yoxdur);
2 Allah (heç kəsə, heç nəyə) möhtac deyildir! (Hamı Ona möhtacdır; O, əzəlidir, əbədidir!)
3 O, nə doğmuş, nə də doğulmuşdur! (Allah Özünə heç bir övlad götürməmişdir!)
4 Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”
Quran – V. Məmmədəliyev və Z. Bünyadov tərcüməsi