5 yaşlı uşaq Quranı tam əzbərlədi

5 yaşlı uşaq Quranı tam əzbərlədi

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

5 yaşlı filippinli uşaq əl-Hafiz Məhəmməd Əbdül-Muhəymin Kamponq müqəddəs Qurani-Kərimi tam əzbərləyib.

Filippinin Banqsamoro bölgəsindən olan müsəlman uşağın əsas müəllimi onun atası Əbdül-Muhəymin Əbdül-Rəhman Kamponq olub.

Gənc Quran hafizinin atası deyib ki, həyat yoldaşı hamilə olarkən həmişə onun üçün Quran oxuyub.

“Həyat yoldaşım hamiləliyinin 6-cı ayında olanda mən onun qarnının yanında yuxudan öncə və yuxu zamanı, həmçinin o, yuxudan oyanarkən Quran oxuyurdum. Bu, yoldaşım onu dünyaya gətirənədək vərdişə çevrilmişdi“, – deyə o bildirib.

“Uşaq bir az böyüyənə qədər kimsə onun yanında Quran oxumayınca yuxuya getmirdi. Onun 3 yaşı olanda onun artıq Bəqərə (Quranın ən uzun surəsi – red.) və Ali-İmran (2-ci ən böyük surə – red.) surələrini əzbərdən oxuya bildiyini öyrənəndə təəccüblənmişdim“, – deyə ata qeyd edib./Az.shafaqna