500 müsəlman eyni anda Quranı əzbərdən oxudu

500 müsəlman eyni anda Quranı əzbərdən oxudu

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Müqəddəs Qurani-Kərimi tam əzbərləmiş 500 kişi və qadın Qəzza sektorunda keçirilən və Quran qiraətinə ithaf edilən böyük tədbirdə iştirak ediblər.

Bu unikal tədbiri təşkil edən Darul-Quran mərkəzinin başçısı Bilal İmad bildirib ki, bu, bütün dünyanın diqqətini Qəzzanın üzərinə cəmləmək üçün xüsusi bir andır.

Tədbirin məqsədi Quran dəyərləri və prinsiplərinin möhkəmlədilməsidir.

“Biz hər il yüzlərlə müsəlmanın (Quran hafizlərinin) səhərdən axşamadək bütün kitabı (Qurani-Kərimi) oxuduqları bir günü seçirik. Gələn il, inşallah, aksiyada daha da çox insan iştirak edəcək“, – deyə o qeyd edib.

“Biz bütün İslam dünyasının fərqli-fərqli ölkələrindən təşəkkür məktubları almışıq və bu, Quranı-Kərimin müqəddəslik və ucalılığını vurğulayır“, – deyə İmad əlavə edib./iqna