80 yaşlı misirli bir kişi 6 aya Quranı yazıb

80 yaşlı misirli bir kişi 6 aya Quranı yazıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Bütün Qurani-Kərimin hafizi olan 80 yaşlı misirli kişi altı ay ərzində öz əli ilə Qurani-Kərimin bir nüsxəsini yazıb.

Hacı Əbdül-Ceyd Əl-Saidi 80 yaşlı misirli kişidir və bütün Quranı öz əli ilə yazmışdır. O, deyir ki, bütün Qurani-Kərimi əzbər bilir. O, xəttatlıq istedadına sahib olduğu üçün Quranı əllə yazmağa qərar verib.

Uşaqlıqdan Quran yazdığını bildirən Əl-Saidi bunları deyib: “Quranı 9 ay ərzində bitirməyə qərar verdim. Amma mən bunu altı ay ərzində yerinə yetirdim”.

O, gündə beş saatını Quran yazmağa sərf etdiyinə işarə edərək deyib: “Quran yazmağa gün ərzində daha çox vaxt ayıra bilərdim. Amma diqqətlə yazmaq üçün bunu etmədim”.

80 yaşlı Əbdül-Ceyd Əl-Saidi Misirin Əl-Manofiyə əyalətindəki Səlamon kəndindəndir. O, həm də ərzaq ticarəti ilə məşğul olur./iqna