Almaniyada 30-dan çox ölkənin iştirakı ilə beynəlxalq Quran müsabiqəsi keçiriləcək

Almaniyada 30-dan çox ölkənin iştirakı ilə beynəlxalq Quran müsabiqəsi keçiriləcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Gələn ilin noyabrında Almaniyanın Hamburq şəhərində 30-dan çox ölkənin nümayəndələrinin iştirakı ilə Qurani-Kərimin beynəlxalq müsabiqəsi keçiriləcək.

“Vəqfun-Nur” təşkilatı noyabrın 11-dən 13-dək Almaniyanın Hamburq şəhərində 30-dan çox ölkənin nümayəndələrinin iştirakı ilə “Alman Beynəlxalq Quran Yarışı” təşkil edəcək.

Bu yarışların təşkilinə məsul şəxs, Vəqfun-Nur Təşkilatının direktoru və Almaniya Müsəlmanları Ali Şurasının sədr müavini Daniyal Abidin bildirib ki, bu yarışlara qeydiyyat ən geci oktyabrın 30-dək başa çatacaq.

O, deyib ki, bu yarışma gənclər arasında güclü iman təəssüratı yaratmaq, dini kimliyin qorunub saxlanması, Quran dəyərlərinə və əxlaqına dair maarifləndirmə məqsədi ilə keçirilir./iqna