Astan Hüseyni (ə) beynəlxalq Quran yarışları təşkil edir

Astan Hüseyni (ə) beynəlxalq Quran yarışları təşkil edir

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Astan Müqəddəs Hüseyninin Darul-Quranı müqəddəs türbələr və ziyarətgahlara məxsus Quranı hifz etmək və qiraət etmək üzrə ilk beynəlxalq müsabiqə keçirir.

Astan Müqəddəs Hüseyninin Darul-Quranı müqəddəs türbələr və ziyarətgahlara məxsus Quranı hifz etmək və qiraət etmək üzrə ilk beynəlxalq müsabiqə keçirir.

Bu yarışlar İraqda Ələvi ziyarətgahı, Hüseyni ziyarətgahı, Kazemeyn ziyarətgahı, Əskəri ziyarətgahı, Abbasi ziyarətgahı, Kufə məscidi, Qasim (ə) ziyarətgahı, Səid ibn Cubeyr ziyarətgahı, Nəbi Yunis ziyarətgahının iştirakı ilə keçiriləcək. Həmçinin Astan Qüds Rəzəvi, Əbdül-Əzim Həsəninin müqəddəs hərəmi, Həzrət Məsumənin (s) Qumdakı müqəddəs hərəmi, Əhməd ibn Musa (ə) Şah Çıraq Şiraz türbəsi, İranda Cəmkəran məscidi, Suriyada Astan Zeynəbiyyə (s) və Seyyidə Ruqəyyənin (s) qəbri, Livanda Seyyidə Xuli, Misirdə Rəsül-Hüseyn məscidi və Əfqanıstanda Məzari-Şərif müqəddəs ziyarətgahının iştirakı ilə keçiriləcək.

Bu yarışlar iyulun 23-dən 26-dək dörd gün ərzində keçiriləcək./iqna