Astan Müqəddəs Hüseyninin yay Quran kursları layihəsinin bağlanış mərasimi Quran öyrənən 3400 oğlan və qızın iştirakı ilə keçirilib.
İmam Hüseynin (ə) Quran media mərkəzinin rəhbəri Səfa Əs-Silavi deyib: “Bu mərasim mənəvi atmosferdə və Darul-Quran və Astan Hüseyni Dini İşlər üzrə iki idarənin səyləri ilə keçirilib”.
Astan Hüseyni Quran Təhsil Mərkəzinin rəhbəri Əli Hadi də deyib: “Darül-Quran və Diyanət İşləri üzrə iki şöbədən olan 300 qadın və kişi müəllim bu kurslarda iştirakçılara hifz, qiraət, fiqh və dini elmləri öyrədib”./iqna