Ayasofyada Quran hafizlərinin yeni qrupu məzun olub

Ayasofyada Quran hafizlərinin yeni qrupu məzun olub

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Türkiyənin İstanbul şəhərindəki Ayasofya məscidində bazar günü, mayın 16-da Quran hafizlərinin yeni qrupunun buraxılış mərasimi keçirilib.

Bu qrup 35 nəfərdən ibarət olub. Onların buraxılış mərasimi məscid imamları, valideynlər, tələbələr, Quran müəllimləri və xarici turistlərin iştirakı, Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.

Bu proqram Rəcəb Tayyib Ərdoğan adına məktəbdə Quranı bütünlüklə əzbərləməyi bacaran 35 şagirdə Quran hifzi sertifikatının verilməsi ilə başa çatıb.

Son illər bu kurslar tələbələr və onların ailələri tərəfindən rəğbətlə qarşılanıb. Son statistik məlumatlara görə, 2021-ci ildə 11773 tələbə Quranı əzbərləməkdə uğur qazanaraq, əzbərlik sertifikatı alıb./iqna