Cibutidə 22 Quran hafizinin məzuniyyət bayramı keçirilib

Cibutidə 22 Quran hafizinin məzuniyyət bayramı keçirilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Cibutidə Küveytin “Ər-Rəhmətul-Alamiyyə” Assosiasiyasının himayəsi ilə 22 Quran hafizinin buraxılış mərasimi keçirilib.

Mərasim yerli rəsmilərin, Küveytin Cibutidəki səfirliyinin diplomatik attaşesi “Əhməd Əl-Əskərinin” və bir qrup alim və Quran hafizinin iştirakı ilə keçirilib. Bununla da Küveytin Cibutidəki “Ər-Rəhmətul-Alamiyyə” (Ümumdünya Mərhəmət) Assosiasiyasının Quran mərkəzlərinin 22 hafizi məzun olub.

“Ər-Rəhmətul-Alamiyyə” Assosiasiyasının Afrika şöbəsinin rəhbəri Qanim Abdulla Şahin deyib: “Cibutidəki dərnəyə bağlı mərkəzlər Quran və Quran elmləri ilə tanış olan nəsil yetişdirməyə, Allahın Kitabının təlimlərindən irəli gələn İslam əxlaqını əsasını qoymağa və onların arasında İslam inancını izah etməyə çalışırlar./iqna