"Darur-Rizvan" böyüklərin heyranlığına səbəb olan Quran məktəbidir

“Darur-Rizvan” böyüklərin heyranlığına səbəb olan Quran məktəbidir

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Misirdəki Darur-Rizvan Quran məktəbi geniş fəaliyyəti və yüzlərlə Quran qarisi və hafizinin yetişdirilməsi ilə alimlərin və böyük qarilərin heyranlığına səbəb olub.

Darur-Rizvan Misirdə Quran üzrə  bir çox nəsillər yetişdirmiş Quran məktəbidir.

Misirin Əl-Qəsr əyalətinin Əl-Bağdadi şəhərinin Əl-Rizvaniyyə meydanında yerləşən Darur-Rizvan Quran Elmlərinin Tədrisi üzrə Təhsil Mərkəzi Əl-Əzhərin nəzarəti altında olan Quran məktəblərindən biridir.

Məqsəd, Peyğəmbərin göstərişlərinə əməl edərək, Uca Allahın kəlamlarına əsaslanaraq asan və asanlaşdırıcı bir yanaşma ilə Quranın öyrənilməsini və öyrədilməsini yaymaqdır.

Bu mərkəz Əl-Rizvaniyyə meydanının qabaqcıllarından olan Şeyx Zeynul-Abidin Əhməd Rizvanın dəstəyi ilə yaradılıb. Onu Şeyx Zeynul-Abidin Əhməd Rizvanın nəvəsi Şeyx Hüseyn Süleyman idarə edir.

Bu mərkəz hazırda əl-Bağdadi, Ər-Rizvaniyyə və Əl-Habildə kişi və qadın Quran müəllimlərinin yetişdirilməsi üçün elmi məkana çevrilib. İndiyədək bu mərkəzdən Qurani-Kərimin 25-ə yaxın kişi və qadın hafizi məzun olub./iqna