Dubay Quran müsabiqəsində 400-dən çox iştirakçı yarışıb

Dubay Quran müsabiqəsində 400-dən çox iştirakçı yarışıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Dubay Quran Hifzi Mərkəzi “Məktum” Quran Hifzi Mərkəzləri yarışmasında 172 kişi və 339 qadın iştirakçının yarışdığını elan edib.

Dubayın İslam İşləri və Xeyriyyə Fəaliyyətləri İdarəsi 2022-ci ildə “Məktum” mərkəzlərində 172 kişi və 339 qadın iştirakçının iştirakı ilə 22-ci Quran hifzi müsabiqəsinin final mərhələsinin başlandığını elan edib.

Qurani-Kərimin əzbərlənməsi mərkəzlərinin direktoru Həmd Məhəmməd Əl-Xəzrəci çıxışında deyib: “Keçən ilin avqust ayından bu idarənin internet saytı vasitəsilə oğlan və qızlar üçün bu müsabiqədə iştirak etməyə aid ərizələrin qeydiyyatı və qəbuluna başlanılıb”.

Əl-Xəzərci bu yarışlarda iştirakçılar üçün şərtlərin olduğunu bildirib və əlavə edib: “Bir neçə bölməni özündə birləşdirən bu müsabiqə hər il keçirilir”.

Məktum Quran hifzi mərkəzlərinin direktoru qeyd edib: Müsabiqələrin qaliblərinin elan edilməsi və təltifetmə mərasimi üçün son tarix noyabrın ilk həftəsi olacaq./iqna