Dubayda 23-cü Quran hifzi müsabiqəsi keçiriləcək

Dubayda 23-cü Quran hifzi müsabiqəsi keçiriləcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Dubayın İslam İşləri İdarəsi Dubayda “Məktum” Qurani-Kərimin hifz mərkəzinin 23-cü müsabiqəsinin keçiriləcəyini elan edib.

Dubay İslam Məsələləri və Xeyriyyə Mərkəzi Qurani-Kərimin hifzi mərkəzinin 23-cü müsabiqəsi ilə bağlı fəaliyyətə başlayıb.

Bu müsabiqələrdə iştirak etmək üçün qeydiyyatdan keçmək imkanı avqustun 31-dək davam edəcək.

Bu müsabiqədə iştirakçıların ilkin seçimi sentyabrın 5-də başlayacaq və bu ayın ortalarına qədər davam edəcək. İlkin nəticələr sentyabrın 20-də açıqlanacaq.

Müsabiqənin final mərhələsi 1-9 oktyabr 2022-ci il tarixləri arasında keçiriləcək./iqna