Dubayda Qadınların Beynəlxalq Quran Müsabiqəsi keçirilir

Dubayda Qadınların Beynəlxalq Quran Müsabiqəsi keçirilir

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Oktyabrın 1-i şənbə günü 136 ölkə və müsəlman icmasının nümayəndələrinin iştirakı ilə başlayan qadınlar üçün 6-cı Dubay Quran Mükafatı müsabiqəsi oktyabrın 2-i bazar günü ikinci gecəsini keçirdi.

Oktyabrın 1-i şənbə günü Dubayın Əl Məmzar bölgəsindəki Mədəniyyət və Elm Simpozium zalında Şeyxə Fatimə Bint Mübarək Beynəlxalq Qurani-Kərim müsabiqəsinin fəaliyyətləri başlayıb.

Bu müsabiqədə Dubay hökmdarının mədəni və humanitar məsələlər üzrə müşaviri və Dubay Beynəlxalq Qurani-Kərim Mükafat Komitəsinin sədri İbrahim Muhammad Boumelha və Mədəniyyət və İncəsənət Simpoziumunun Direktorlar Şurasının sədri Bilal Əl Badur və digər üzvlər iştirak ediblər. Bu yarışların təşkilat komitəsinin və iştirakçı nümayəndə heyətlərinin görüşü keçirilib.

Bazar günü Suriya, Nigeriya, Banqladeş, Mali və Amerikadan olan iştirakçılar hakimlər komitəsi qarşısına çıxıb. Sabah ki gün isə Sudan, Keniya, Oman, Komor Respublikası və Tailanddan olan iştirakçılar əzbərləmə sahəsində bir-biri ilə yarışıblar.

Mozambik, Misir, Filippin və Kamerundan olan iştirakçılar BƏƏ Xəbər Agentliyi ilə söhbətdə müsabiqənin yaxşı təşkilini, qonaqpərvərliyi, yerləşdirməni və onlara ayrılan qiymətli mükafatları yüksək qiymətləndirdilər. Bu cür yarışlar İslam ümmətindən olan gənc qızları Allahın kitabını əzbərləməyə və onu öyrənməyə təşviq edir. Bu əməl Həzrət Peyğəmbərin (s) göstərişinə əsasən yerinə yetirilir. O Həzrət buyurur: “Sizin ən xeyirliniz Quranı öyrənən və başqalarına öyrədəndir”.

Bağlanış mərasimi 7 oktyabr 2022-ci il tarixində keçiriləcək.

Dubay hökmdarının mədəniyyət müşaviri bildirib ki, bu müsabiqədə iştirak etmək üçün şərtlərdən biri də namizədin 25 yaşdan yuxarı olmamalı və Qurani-Kərimi tam əzbərləməsidir./iqna