"Həblul-İman" Quran proqramı

“Həblul-İman” Quran proqramı

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

“Həblul-İman” Quran proqramı sizə ağıllı Quran qələmi, “Məfatihul-Cinan”a audio və mətn şəklində daxil olmaq, Quranın tərtil tilavəti və Quranın düzgün qiraəti üçün 48 təlim kursu kimi imkanları təqdim edir.

Mobil telefonlar və qadcetlər üçün xüsusi proqram təminatının istehsalı maraqlananların hər yerdə Quran mətninə və ya digər dini kitablara sahib olmalarına şərait yaradıb. Həmçinin bu kitabların məzmunundan bəhrələnmək təkcə ev və ya dini məkanlarla məhdudlaşmır.

Son illərdə bu sahədə bir çox proqramlar hazırlanmışdır. Amma dini kateqoriyada yaxşı hazırlanmış tətbiqlərdən biri sizə Quran və Məfatihi təqdim edən “Həblul-İman” adlanır.

“Həblul-İman” İranın və dünyanın məşhur qarilərinin səsi ilə sizin üçün 48 təlim kursu hazırlayıb. Bu proqram sizə ağıllı Quran qələmi kimi bir çox imkanları təqdim edir.

Bildiyiniz kimi, İslam dinində Quranın düzgün qiraətinin böyük əhəmiyyəti var. Ancaq zəif təlim ucbatından bir çox insanlar adətən Quranı düzgün oxumaqda problemlərlə üzləşirlər. Ancaq audio Quranlar sizin üçün bu problemi tamamilə həll edib. Buna görə də bu proqramın audio Quranı istifadəçilər arasında çox sevilir./iqna