İordaniyanın 83 özəl məktəbi Quran tədrisinin icbari edilməsini istəyib

İordaniyanın 83 özəl məktəbi Quran tədrisinin icbari edilməsini istəyib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İordaniyanın 83 özəl məktəbi bu ölkənin Təhsil Nazirliyindən həm dövlət, həm də özəl sektorda bu ölkənin bütün tələbələrinə Quran öyrətməyin məcburi edilməsini istəyib.

İordaniyada təhsil fəalları və təhsil ekspertləri və özəl məktəblərin sahibləri bu ölkənin Təhsil Nazirliyinə göndərdikləri məktubda nazirlikdən Qurani-Kərimin dövlət və özəl məktəblərdə icbari tədris fənlərindən biri kimi tədris olunmasını xahiş ediblər.

Məktubun əvvəlində vurğulanıb: Nəzərə alsaq ki, Qurani-Kərimin tədrisi dəyərləri və əxlaqı dəstəkləyən vasitələrdən biridir və bu böyük kitab ərəb və İslam kimliyinin və mədəniyyətinin qorunub saxlanmasında mühüm rol oynayır və Kiberməkan və internetin hücumlarına görə biz bu məktubu imzaladıq. Hörmətli Təhsil Nazirliyindən bütün dövlət və özəl məktəb şagirdləri üçün məcburi fənlərdən biri kimi Quranın tədrisi prosesinin araşdırılmasını xahiş etdik.

83 özəl məktəb rəsmisinin imzaladığı bu məktubda ibtidai məktəbin birinci sinfindən orta məktəbə qədər Quranın tədrisinin lazım olduğu bildirilib./iqna