İraqın hər yerindən 100-dən çox qarinin iştirakı ilə Ələvi hərəmində Qədir-Xum bayramı münasibətilə Quran yarışları başlayıb.
İraqın Nəcəf şəhərinin Astan Ələvi hərəminin Fatimə (s) zalında İraqın hər yerindən 100-dən çox qarinin iştirakı ilə milli Quran yarışı başlayıb.
Bu yarışlar Qədir-Xum Bayramında Vilayət Həftəsinin qeyd olunması tədbirlərinin davamı olaraq, Darul-Quran İntellektual və Mədəniyyət İşləri İdarəsi adından Astan Ələvi tərəfindən təşkil olunur.
Bu müsabiqə iki gün davam edəcək. Birinci yeri tutan şəxsə Əmirəl-mömininin (ə) qızıl minarəsində azan vermək və Qurani-Kərimi oxumaq şərəfi veriləcək.