Nəcəf Əşrəf İslam Universitetində qız tələbələrin milli Qurani-Kərim müsabiqəsi seçilmiş şəxslərin tanıtdırılması və təqdir edilməsi ilə başa çatıb.
İyunun 1-i və 2-si Nəcəf Əşrəf İslam Universitetinin nəzdində İraqın dövlət və özəl universitetlərinin qız tələbələri arasında Qurani-Kərimin hifzi, tərtil qiraəti və təcvidi üzrə milli müsabiqə keçirilib.
Müqəddəs Hüseyni Astanının Darul-Quranına informasiya mərkəzinin rəhbəri Səfa Əs-Seylavi deyib: “Bu yarışlarda Bəsrə əyalətindəki Darul-Quran şöbəsinin tələbələri yüksək dərəcələr əldə ediblər.
Hər kateqoriya üzrə ilk üç nəfər İran İslam Cümhuriyyətində keçiriləcək Qadınlar üçün Beynəlxalq Quran Müsabiqəsində iştirak etmək üçün göndəriləcəklər./iqna