İraqda Quran əzbərləyən kor qadınlar üçün təlim kursu sona çatıb

İraqda Quran əzbərləyən kor qadınlar üçün təlim kursu sona çatıb

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İmam Hüseynin (ə) hərəminin Darul-Quranı İraqın müxtəlif əyalətlərindən Quran əzbərləyən görmə qabiliyyətini itirmiş qadınlar üçün bu mərkəzin təşkil etdiyi Quran kursunun başa çatdığını elan edib.

Bu darul-Qurana bağlı Qadın Quran Fəaliyyəti Bölməsi bu kursu “Allah Rəsuluna sədaqət” adı altında təşkil etdi. Bu proqram dünən, oktyabrın 16-da başa çatıb.

İmam Hüseynin (ə) hərəminin Darul-Quranın Quran media mərkəzinin rəhbəri Kərrar Əş-Şəmri deyib: “Bu kursda Diyalə, Kərkük, Nəcəf, Səlahəddin, Babil, Kərbəla və Bəsrə vilayətlərindən bir qrup görmə qabiliyyətini itirmiş hafiz qadın iştirak edib. Bu proqram səhər və günortadan sonra iki növbdə beş gün davam edib”.

İmam Hüseynin (ə) hərəminin Qadın Quran Fəaliyyəti Bölməsinin rəhbəri Əməl Əl-Məturi də deyib: “Darul-Quran bu kursları keçirməklə xüsusi mühitlərdə və cəmiyyətin mühüm bir hissəsi olan görmə qabiliyyətini itirmiş qadınlar kimi qruplar arasında fəaliyyət göstərmək məqsədi ilə Quran tədrisində fəal olan Quran qruplarını yetişdirməyə çalışır./iqna