İraqın Quran üzrə istedadlı şəxslərinin yarışının 13-cü dövrəsi keçiriləcək

İraqın Quran üzrə istedadlı şəxslərinin yarışının 13-cü dövrəsi keçiriləcək

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

İraqın Quran üzrə istedadlı şəxslərinin Milli Müsabiqəsinin 13-cü dövrəsi Kufənin Məscidi-Əzəmində keçiriləcək. Bu yarışın qalibləri ölkəni beynəlxalq yarışlarda təmsil etmək üçün təqdim olunacaqlar.

İraq Şiə Vəqfinin Milli Quran Elmləri Mərkəzi Kufənin Məscidi-Əzəmində Quran üzrə istedadlı şəxslərin arasında Qurani-Kərimin hifzi və qiraəti üzrə 13-cü milli müsabiqənin keçiriləcəyini elan edib.

Bu yarışlar üç gün ərzində iyunun 16-dan 18-dək Kufənin Məscidi-Əzəmində keçiriləcək.

Qeyd edək ki, bu müsabiqənin qalibləri rütbələrinə və İraq rəsmiləri tərəfindən alınan dəvətlərə uyğun olaraq gələcəkdə beynəlxalq Qurani-Kərim yarışmasında iştirak etmək üçün Şiə Vəqf Divanı vasitəsilə təqdim olunacaqlar./iqna