İstanbul məscidində Quran hafizlərinin buraxılış mərasimi keçirilib

İstanbul məscidində Quran hafizlərinin buraxılış mərasimi keçirilib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Türkiyənin İstanbul şəhərindəki Arnavut Köy məscidində Quranın əzbəri və təfsiri üzrə hərtərəfli və əhatəli proqrama uyğun olaraq Qurani-Kərimin hifzi sahəsində 393 oğlan tələbənin buraxılış mərasimi keçirilib.

Türkiyənin İstanbul şəhərindəki Arnavutk Köy məscidində Qurani-Kərimin hifzi kursunu bitirən 393 tələbənin buraxılış mərasimi keçirilib.

İstanbul müftisi Səfa Ərbaqus Allahın kitabından bir ayəni misal gətirərək Quranı əzbərləmək məktəblərinin əhəmiyyətini vurğulayıb. “Şübhəsiz ki, biz bu Quranı tədricən nazil etdik və sözsüz ki, biz onu qoruyacayıq”. (Hicr, ayə 9).

İstanbul müftisi əlavə edib ki, buna görə də, Allah Quranı öyrənmək və qorumaq üçün bəndələrindən istifadə edir.

O, həmçinin Peyğəmbərdən (s) gələn hədisə istinad edib ki, buyurur: “Sizin ən yaxşınız Quranı öyrənən və başqalarına öyrədəndir”./iqna