Kor misirli gənc radio ilə Quranı bütünlüklə əzbərləyib

Kor misirli gənc radio ilə Quranı bütünlüklə əzbərləyib

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Misirli 22 yaşlı kor qari Abdullah Mustafa radio və mobil telefon vasitəsilə Quranı əzbərləmək üçün göstərdiyi səylərini xatırladıb. O, korların və xüsusi qayğıya ehtiyacı olan insanların istedadlarının çiçəklənməsinə diqqəti artırmağa çağırıb.

Abdulla Mustafa misirli kor qaridir ki, on qiraət növünü mükəmməl şəkildə oxuyur. İndi o, Misirdə ən məşhur qiraətçilərdən biridir.

Əl-Əzhər İslami Dəvət fakültəsinin 4-cü kurs tələbəsi və bir neçə radio kanalında diktor olan o, deyir: “Əvvəlcə düşünürdüm ki, korluq həyatda məqsədlərimə çatmaqda əngəl olacaq. Amma mən bu fikirləri özümdən uzaqlaşdırdım və böyük səylə Allahın kitabını əzbərlədim”.

O, Quranı əzbərləmə üsulu haqqında da deyir: “Əvvəlcə radioda Quran qarilərinin səsinə qulaq asaraq ayələri əzbərləməyə başladım. Sonra mobil telefonla davam etdim. Əvvəlcə bir ayəni əzbərləyirdim. Sonra onu bir neçə dəfə təkrarlayır və daha sonra növbəti ayələrə keçirdim”.

Abdullah daha sonra dedi ki, yaşadığım çoxlu problemlərə baxmayaraq, ailəm, xüsusilə atam, anam və qardaşım bu yolda mənə kömək etdilər və böyük səylə mənə lazım olan şəraiti yaratdılar./iqna