Küveyt Beynəlxalq Quran Yarışmasından yeni təfərrüatlar

Küveyt Beynəlxalq Quran Yarışmasından yeni təfərrüatlar

Share on facebook
Share on twitter
Share on vk
Share on odnoklassniki
Share on whatsapp
Share on skype
Share on telegram
Share on email

Küveytin Vəqflər İdarəsinin rəsmisi oktyabrın 12-dən bu ölkədə keçiriləcək Küveytin Qurani-Kərim mükafatı 11-ci beynəlxalq müsabiqəsinin təfərrüatlarını açıqlayıb.

Küveytin Vəqf və İslam İşləri Nazirliyinin İslam Təhsili və Qurani-Kərim Məsələləri üzrə müavini Fəhad Əl-Cənfavi Küveyt Mükafatı 11-ci beynəlxalq müsabiqəsinin təfərrüatlarını açıqlayıb.

Əl-Cənfavi açıqlamasında deyib ki, bu müsabiqə öz xüsusi qaydalarına əsasən oktyabrın 12-də başlayacaq. Bu yarışın fənlərinə Qurani-Kərimi on qiraətlə əzbərləmək daxildir. Bu, Küveyt Beynəlxalq Quran Mükafatı müsabiqəsinin digər beynəlxalq yarışlardan fərqləndirici xüsusiyyətidir.

Küveyt Mükafatı Quran yarışları İslam və Ərəb ümmətini Quran qiraətləri ilə tanış etmək, gəncləri Quranı əzbərləməyə və qiraət elmini öyrənməyə təşviq etmək məqsədi ilə keçirilir./iqna